Təhsil Nazirliyi müsahibə nəticələrini açıqladı
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilmiş müsahibələrdə hər bir namizəd müsahibə proqramına uyğun olaraq qiymətləndirilib. Müsahibədə iştirak etmək üçün https://azvision.az/redirect.php?url=http://www.miq.edu.az/muqavile/ saytında elektron qeydiyyatdan keçmiş ümumilikdə 2882 nəfər müəllimdən 692 nəfəri müsahibələrdə iştirak edib.
Qeyd edək ki, mövcud qaydalara əsasən işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 təqvim ili müddətində qüvvədədir. Belə ki, sözügedən müsahibələrdə uğur qazana bilməyən, 2017-2018-cı tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, zəruri keçid balını toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilər.
Müsahibələrin nəticələri barədə ətraflı məlumat almaq istəyən namizədlərə şəxsi səhifələrinə baxmaları tövsiyə olunur.
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Müəllim