Azərbaycan hərbçiləri “Efes-2018” təlimlərində

  07 May 2018    Oxunub : 755
Azərbaycan hərbçiləri “Efes-2018” təlimlərində
Bu gün Türkiyənin İzmir şəhərində “Efes-2018” təlimlərinin döyüş atışlı hissəsi keçiriləcək.

AzVision.az xəbər verir ki, təlimin bu mərhələsi mayın 7-dən 11-dək davam edəcək. Təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl “Efes-2018” təlimlərində pentatlon növü üzrə yarışda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri 1-ci yerə çıxıb. Böyük Britaniya xüsusi təyinatlıları ikinci, Pakistan xüsusi təyinatlıları isə üçüncü olub. Yarışların bu növündə 23 ölkənin hərbçilərindən ibarət komandalar iştirak edib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: EFES-2018   Hərbi   Təlim   XTQ