"Saxta dərman satmaq ən böyük cinayətdir" - Baş nazirin müavini

  07 May 2018    Oxunub : 413
"Saxta dərman satmaq ən böyük cinayətdir" - Baş nazirin müavini
“Dünyada saxta dərman problemi geniş yayılıb. Buna qarşı müxtəlif ölkələrdə mübarizə aparılır”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib. O, bildirib ki, Azərbaycanda da saxta dərman satışına qarşı mübarizə aparılır:

“Bir neçə gün öncə hüquq-mühafizə orqanları saxta dərman satışı ilə məşğul olan qrupu ifşa edib. Güman edirəm ki, bu, saxta dərman satışı ilə məşğul olanlar üçün ciddi zərbə olacaq. Bizim tövsiyəmiz ondan ibarətdir ki, onlar saxta dərman satışı ilə məşul olmasınlar. Bu, əvvəlcə insanların sağlamlığı üçün zərərlidir. İkincisi, isə buna qarşı Azərbaycanda ciddi mübarizə aparılır. Kimsə fəaliyyətini davam etdirəcəksə, onlar ifşa olunacaq və çox ciddi cəza alacaqlar”.

Ə.Əhmədov hesab edir ki, saxta dərman satanlara qarşı hər bir vətəndaş mübarizə aparmalıdır: “Saxtakarlıq heç kimə baş ucalığı gətirmir. Xüsusən, dərman satışı ilə bağlı saxtakarlıq. Saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir. Buna qarşı hər birimiz mübarizə aparmalıyıq”

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Əli-Əhmədov   Dərman