Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə
  07 May 2018    Oxunub:1125
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Azərbaycan Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun nümayəndələri Predyal şəhərində (Rumaniya) “Təməl dağa dırmanma təlim kursu”, Oberammerqau şəhərində (Almaniya) Birgə təlim konfransı, Budapeşt şəhərində “Döyüş meydanında yaralılara təcili tibbi yardımın göstərilməsi kursu”, Belqrad şəhərində (Serbiya) “REGEX 18” təliminin 5-ci planlaşdırma görüşü, Stavanger şəhərində (Norveç) tərfdaş ölkələrin milli hərbi nümayəndələri ilə seminar və Tartu şəhərində (Estoniya) “NATO-nun Tibbi qiymətləndirmə kursu”nda iştirak edirlər.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti