“Konfliktlər Avropa İttifaqı ilə əməkdaşlığa təhlükə yaradır”- Vitse-spiker

“Konfliktlər Avropa İttifaqı ilə əməkdaşlığa təhlükə yaradır”- Vitse-spiker
  07 May 2018    Oxunub:1199
“Bakı-Tbilisi-Supsa neft-ixrac boru kəmərinin Gürcüstandan keçən ərazidən 1.5 kilometr aralı ərazidə Cənubi Osetiyada, yurisdiksiyası dəqiq məlum olmayan qoşun hissələri var. Ermənistanda hər hansı bir siyasi problem yarananda ölkə rəhbərliyi özünün qəhrəmanlığını göstərmək üçün belə bir şüarla çıxış edir ki, lazım olarsa, Azərbaycanın valyuta ehtiyatlarını artıran Bakı-Tbilisi-Ceyhan boru kəmərini partlada bilərik. Bu konflikrlər dondurulmayıb”.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.

MM-in sədr müavini qeyd edib ki, bu konfliktlər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa təhlükə yaradır: “Biz bu problemləri çözə bilərik. Bu münaqişələrin təməlində etnik və dini problemlər durmur. Bu konfliktlər sərmayəçilər üçün təhlükədir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərbaycan    





Xəbər lenti