Ziyafət Əsgərov: “Dağlıq Qarabağda terrorçular yetişdirilir”

 Ziyafət Əsgərov: “Dağlıq Qarabağda terrorçular yetişdirilir”
  08 May 2018    Oxunub:3524
“Ermənistan bu gün terror siyasəti ilə məşğuldur. Ermənistanda terror dövlət siyasətidir”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib.
Vitse-spiker bildirib ki, Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə öz xalqını girov saxlayıb:
“İşğalçılıq siyasətinə son qoyulmalıdır. Bu, həm də Cənubi Qafqaz regionunda inkişafa səbəb olar. Ermənistan beynəlxalq hüququ saymır”.

Z.Əsgərov qeyd edib ki, Dağlıq Qarabağda terrorçular yetişdirilir, narkotik bitkilər əkilir: "Narkotik vasitələr Dağlıq Qarabağdan Avropaya ixrac olunur. Bu, tək Azərbaycanın deyil, hamının problemidir. Beynəlxalq hüquqda çoxdan ədalət prinsipi yoxdur. Nə vaxtdan beynəlxalq hüquq sizin üçün məşğuliyyət, bizim üçün məhdudiyyət olacaq?"

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov  





Xəbər lenti