Təxirə salınan SAT imtahanının yeni tarixi

Təxirə salınan SAT imtahanının yeni tarixi
  08 May 2018    Oxunub:1451
Dövlət İmtahan Mərkəzində (DİM) mayın 5-də SAT imtahanı verməli olan şəxslərə müraciət edib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, "College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, mayın 5-də keçirilməsi təxirə salınan SAT imtahanı mayın 19-da keçiriləcək.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. Gözləmə siyahısında (waiting list) olan şəxslər də bu imtahanda iştirak edə bilməyəcək.

İmtahan 19 may, saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, “College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, ABŞ-ın bir neçə ştatı, Azərbaycan, Belçika, Misir, Honkonq, Hindistan, İrlandiya, Qazaxıstan, Yeni Zelandiya və s. ölkələrdə (tam siyahı ilə buradan tanış ola bilərsiniz) mayın 5-də keçirilməsi nəzərdə tutulan SAT imtahanları təxirə salınmışdı.

AzVision.az


Teqlər: DİM   SAT  





Xəbər lenti