“Bizə 100 milyardlarla ziyan dəyib”

“Bizə 100 milyardlarla ziyan dəyib”
  08 May 2018    Oxunub:1782
“Ermənistan tərəfindən 1 milyondan çox insanın hüququ pozulub. Onlar öz evlərinə qayıda bilmirlər”
AzVision.az xəbər verir ki, bunu deputat Flora Qasımova Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib.

Millət vəkili bildirib ki, 20 ildən çoxdur münaqişə həll yolunu tapmır: “Ermənilər işğal etdikləri yerlərdə abidələrimizi, məzarları dağıdır. Bütün mədəni abidələrimiz məhv edilib. Bizə 100 milyardlarla ziyan dəyib”.

Avropa Parlamentinin vitse-prezidneti Heidi Hautala Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırıb.

“Hesab edirəm ki, bütün səylər Dağlıq Qarabağ probleminin həllinə yönəlməlidir”.

AzVision.az


Teqlər: Flora-Qasımova  





Xəbər lenti