Vitse-spiker Qarabağa görə Avropanı tənqid etdi

Vitse-spiker Qarabağa görə Avropanı tənqid etdi
  08 May 2018    Oxunub:1154
“Beynəlxalq təşkilatların qətnamələri qəbul olunub və bunlar icra olunmur. Əgər bu qətnamələr icra olunmayacaqdısa, niyə qəbul olunub?”
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib. O, sual edib ki, Ermənistan belə böyük dövlətdirmi ona təzyiq olunmur?

Z.Əsgərov qeyd edib ki, ikili standartlar səbəbindən problemlər öz həllini tapmır: “Bu məsələlərə beynəlxaq hüquq anlayışından yanaşma olsaydı, indi belə hallar olmazdı. Avropada hamı ədalətdən danışır, amma konkret işə gələndə heç bir nəticə yoxdur”.

Vitse-spiker vurğulayıb ki, beynəlxalq hüquq işləməyəcəksə, BMT kimə lazımdır: “Müharibədən başqa sülh yolu var. Biz nə qədər gözləməliyik ki, qaçqınlarımız nə zaman evlərinə qayıdacaq? İşğal edilən ərazilərdə bütün maddi-mədəni abidələr məhv edilib. Dəfələrlə seçicilərim mənə sual edir ki, budurmu Avropanın ədaləti?”

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti