“Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir” - DİN rəhbəri

“Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir” - DİN rəhbəri
  08 May 2018    Oxunub:1889
“Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib”.
AzVision.az-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib. Nazir bildirib ki, yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır:

“Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Lakin Prezident İlham Əliyevin düzgün siyasəti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır”.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti