“Qarabağ münaqişəsi Avropa üçün təhlükə yaradır” - Səməd Seyidov

  08 May 2018    Oxunub : 599
“Qarabağ münaqişəsi Avropa üçün təhlükə yaradır” - Səməd Seyidov
“Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, davam edir. Bunun çox ağır nəticələri var”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında deyib.
S.Seyidov bildirib ki, münaqişə təkcə region üçün deyil, bütün Avropa üçün təhlükədir. Onun sözlərinə görə, Ermənistan bir neçə dəfə Rusiya və Qazaxıstan bazarlarına Dağlıq Qarabağın məhsullarını çıxarmağa cəhd edib:

“Azərbaycanın sərt təpkisindən sonra bu cəhd aradan qaldırılıb. Avropa İttifaqı səviyyəsində də bu məsələ həll edilməlidir. Dağlıq Qarabağda və digər münaqişə ocaqlarında təhlükəli tendensiyalar baş verir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma bəzən çalışırlar ki, Azərbaycanı gözdən salsınlar. Deyirlər ki, guya ölkədə insan hüquq və azadlıqları pozulur. Bunlar doğru deyil. Dağlıq Qarabağ münaqişəsi yalnız Cənubi Qafqaz regionu üçün deyil, Avropa üçün də təhlükə yaradır, ona görə də həll edilməlidir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Səməd-Seyidov   Qarabağ