Ermənistan-Azərbaycan sərhədində 6 əcnəbi saxlanılıb?

Ermənistan-Azərbaycan sərhədində 6 əcnəbi saxlanılıb?
  08 May 2018    Oxunub:1118
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumata münasibət bildirib.

MN-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Müdafiə Nazirliyində heç bir məlumat yoxdur.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbinin saxlanıldığı barədə məlumat yayıb. Ovanisyan faktla bağlı ətraflı məlumat verməyib.

AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Sərhəd   Əcnəbi  





Xəbər lenti