“Bakcell”dən gözdən əlil uşaqlara dəstək

“Bakcell”dən gözdən əlil uşaqlara dəstək
  08 May 2018    Oxunub:1230
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25 aprel - 5 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək göstərib.
AzVision.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat və dama turniri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat Məktəbində keçirilib. 40 nəfərdən artıq gözdən əlil uşaq iştirak etdiyi turnirin qalibləri Məmmədov Nahid (şahmat) və Əzizov Əzim (dama) oldular.

Turnirdə yaxşı nəticələr göstərmiş gənc istedadlı şahmatçı və damaçılara “Bakcell”dən dəyərli hədiyyələr təqdim edilib.



“Bakcell” şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş geniş miqyaslı layihələri həyata keçirir.

AzVision.az


Teqlər: Bakcell   Əlil  





Xəbər lenti