Dilqəm Əsgərovun qardaşı həbsdən azad edildi
Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
“Əmimin həbsinə Rusiyada yaşayan ermənilərin saxtakarlığı səbəb olmuşdu. Neçə müddət idi ki, yolunu gözləyirdik. Bu gün azad olundu. İnşallah atamın da xoş xəbərini alarıq. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti 10 gün olar ki, atamla görüşüb. Ancaq ondan hansısa videogörüntü və məktub gətirməyiblər”,- deyə K. Əsgərov bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Dilqəm-Əsgərov Kəlbəcər-Girovu