Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib
  09 May 2018    Oxunub:1031
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş İ.Musayevin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 31-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az


Teqlər: Konstitusiya-Məhkəməsi  





Xəbər lenti