Paşinyan Qarabağa gəldi

Paşinyan Qarabağa gəldi
  09 May 2018    Oxunub:1701
Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Xankəndində ölmüş erməni əsgərlərin abidəsini ziyarət edib.
Separatçı rejimin lideri Bako Saakyanla görüşən Paşinyan daha sonra Şuşaya yollanıb.

Qeyd edək ki, bu, baş nazir kimi Nikol Paşinyanın Dağlıq Qarabağa ilk səfəridir.

AzVision.az



Teqlər: Qarabağ   Paşinyan  





Xəbər lenti