"Heç kim təlimdən uzaqlaşdırılmayıb" - Anar Bağırov

"Heç kim təlimdən uzaqlaşdırılmayıb" - Anar Bağırov
  09 May 2018    Oxunub:1504
"Hazırda qüvvədə olan "Vəkillər və vəkillik haqqında" qanunun tələblərinə əsasən, ixtisas imtahanlarında uğur qazana bilməyən namizədlər yalnız 1 ildən sonra İxtisas Komisiyyasının qərarı ilə təkrar imtahan verə bilərlər. Hazırda bu məsələ üzərində təhlillər, araşdırmalar aparılır".
AzVision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

VK-nın sədrinin sözlərinə görə, Rəyasət Heyətinin mövqeyi ondan ibarətdir ki, test imtahanında uğur qazana bilməyən namizədlərə bəlkə də bu cür məhdudiyyətin şamil edilməsi məqsədə müvafiq deyil və ümid edirik ki, yaxın günlərdə bununla bağlı Vəkillər Kollegiyasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzarətdən keçiriləcək.

"Biz inanırıq ki, həmin məhdudiyyət aradan götürüləcək".

Təlimlərə cəlb edilən bəzi namizədlərin uzaqlaşdırılması məsələsinə gəlincə, Bağırov qeyd edib ki, bu, qətiyyən mümkün deyil.

"Heç kəs təlim zamanı uzaqlaşdırılmayıb. Bəzi namizədlər üzürlü səbəbdən - səhhətləri ilə əlaqədar, tədrisləri ilə bağlı Kollegiyaya müraciət edib, təlimin vaxtını təxirə salıb. Biz bunu nəzərə alırıq. Bu, könüllülük əsasında olur. Kimsə müraciət edirsə, Vəkillər Kollegiyasının İxtisas Komisiyyası, Rəyasət Heyəti bu müraciətlərə hörmətlə yanaşaraq güzəştə gedir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Anar-Bağırov   Vəkillər-Kollegiyası  





Xəbər lenti