Azərbaycanda vəkillərin sayı 1100 nəfəri keçəcək
Sədr bildirib ki, planlarımız həyata keçərsə, mayın sonunadək Azərbaycanda vəkillərin sayı 1100 nəfəri keçəcək.
"Beləliklə, keçən illə müqayisədə vəkillərin sayı 20 faiz çox olacaq. Vəkilliyə namizdələrin birinci andiçməsindən sonra qəbul olunan namizədlərin hamısı müvafiq vəkil qurumlarına göndərilib. Bunlar tək Bakı şəhərinə deyil, eyni zamanda ölkəmizin müxtəlif regionlarında da fəaliyyət göstərəcək. Nəticə etibari ilə Bakı şəhərində fəaliyyət göstərən 17 Hüquq Məsləhətxanası, hüquq bürosunda vəkillərin sayı artmaq üzrədir".
A.Bağırov qeyd edib ki, regionlarda da vəkillərin sayında artım var: "Məsələn, birinci andiçməyə qədər Şəki şəhərindən 3 vəkil fəaliyyət göstərirdirsə, hazırda onların sayı 8-ə çatıb. Bu, böyük uğurdur. Təbii ki, bu rəqəmlər artacaq, bu son deyil".
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Vəkillər-Kollegiyası