“Paşinyan Şuşaya getdiyinə görə peşman olacaq” - Bayram Səfərov

“Paşinyan Şuşaya getdiyinə görə peşman olacaq” - Bayram Səfərov
  10 May 2018    Oxunub:1822
"Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur"

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib. O bildirib ki, Paşinyan Şuşaya getdiyinə görə peşman olacaq:
"Çünki onun günahsız insanların qanına bulaşan torpaqlara ayaq basması günahdır".

B.Səfərov, həmçinin icmalar arasında görüşlərin keçirilməsi məsələsinə toxunub. Qeyd edib ki, bununla bağlı hələlik heç bir gözlənti yoxdur: "Orada yeni hökumət formalaşmalıdır. Yeni komanda ilə yeni baş nazir əgər işğalçılıq siyasətindən əl çəkəcəksə, o zaman yaşaya biləcəklər. Yoxsa onların günü əvvəlkindən daha da pis olacaq".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bayram-Səfərov   Paşinyan  





Xəbər lenti