Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılır

Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılır
  10 May 2018    Oxunub:1135
Milli Məclisin növbəti plenar iclası mayın 18-də keçiriləcək.
AzVision.az-ın məlumatına görə, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Bunlar “Hesablama Palatasının hesabatı haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi, “Əmək məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi , “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunda dəyişikliklər edilməsi, “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi, “Yanğın təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişiklik edilməsi, “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi və “Hesablama Palatası haqqında” qanun layihələridir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Hesablama-Palatası   Milli-Məclis  





Xəbər lenti