“Çörək verdiyi insanlar onun üzünə durdu” - Siyavuş Novruzov

“Çörək verdiyi insanlar onun üzünə durdu” - Siyavuş Novruzov
  10 May 2018    Oxunub:1487
“Heydər Əliyev çox ədalətli bir insan idi. Ulu Öndər həmişə ədalət prinsiplərini əsas tuturdu”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən təntənəli iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Heydər Əliyev mübariz və humanist insan idi: “Onu ağrıdan bu idi ki, çörək verdiyi insanlar Milli Məclisdə üzünə dururdular”.

YAP icra katibinin müavini qeyd edib ki, Milli Məclisdəki insanların üzərində Heydər Əliyevin haqqı var: “Ulu Öndərin qurub yaratdığı Azərbaycan müstəqil yaşayır, borcumuz bunu qorumaqdır”.

AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov   Heydər-Əliyev  





Xəbər lenti