Parlamentdə Heydər Əliyevlə bağlı xüsusi iclas

  10 May 2018    Oxunub : 804
Parlamentdə Heydər Əliyevlə bağlı xüsusi iclas
Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən təntənəli iclas keçirilib.
AzVision.az xəbər verir ki, ilk olaraq iclasda Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.

Çıxış edən deputat Fəzail Ağamalı qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra zorakılıq ənənələrinə son qoyub: “Heydər Əliyevin yaratdığı müasir Azərbaycan uğurla inkişaf edir. Heydər Əliyevin qoyduğu ənənələr bu gün də yaşayır. Azərbaycan xalqı yaşadıqca Ulu Öndər Heydər Heydər Əliyev xatirəsini yad edəcək”.

Deputat Zahid Oruc bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Ulu Öndərin 95 illik yubileyi bir-birinə bağlıdır. O qeyd edib ki, əgər Ulu Öndər Azərbaycanı xilas etməsəydi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən danışa bilməzdik.

Rafael Hüseynov isə deyib ki, Heydər Əliyevin qurduğu dövlət etibarlı əllərdədir.

Daha sonra deputatlar Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Əhliman Əmiraslanov da Ulu Öndərlə bağlı fikirlərini bölüşüblər.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Heydər-Əliyev   95-İl