“Paşinyan Azərbaycanı təxribata çəkmək istəyir” - Sabiq XİN rəhbəri
Sabiq XİN rəhbəri AzVision.az-a açıqlamasında bildirib ki, Paşinyanın son bəyanatları daxili auditoriyaya hesablanıb və bu, onun zəifliyindən xəbər verir.
T.Zülfüqarov hesab edir ki, Ermənistanın gələcəyi birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: "Keçmiş prezident Serj Sarkisyan buna nail olmadı və ölkə böhran içərisindədir. Paşinyan onun yolu ilə getsə, böhran həll olunmayacaq. Çünki o, Sarkisyan kimi konstruktiv mövqe sərgiləmək niyyətində olmadığını nümayiş etdirir. Ona görə də Ermənistan məcbur olacaq ki, hansısa mərhələdə real mövqeyini nümayiş etdirsin”.
Qeyd edək ki, ötən gün Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanla görüşən Ermənistanın yeni baş naziri Nikol Paşinyan sələfi Serj Sarkisyanın yolu ilə gedəcəyinin anonsunu verib. O, Sarkisyanı geridə qoyan kəskin separatçı mövqe sərgiləyib:
“Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz. Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”, - deyə Paşinyan vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: XİN Zülfüqarov