Müdafiə naziri “Efes-2018”in İdarəetmə Mərkəzində

  10 May 2018    Oxunub : 424
Müdafiə naziri “Efes-2018”in İdarəetmə Mərkəzində
Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 10-da İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə “Doğanbey” poliqonunda yaradılmış Təlim İdarəetmə Mərkəzini ziyarət edib.

AzVision.az

Teqlər: Zakir-Həsənov   Efes-2018