Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər

Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər
  10 May 2018    Oxunub:1621
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AzVision.az-a bildiriblər ki, bu münasibətilə DMX-nin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər. Xidmətin əməkdaşları xalq, dövlət qarşısında misilsiz tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müstəsna rolu olan əbədiyaşar liderə və onun ideyalarına ehtiramlarını bildiriblər.

AzVision.az


Teqlər: DMX   Heydər-Əliyev  





Xəbər lenti