Vahid Əhmədov: “Söhbət yüz, iki yüz manatdan getmir”

Vahid Əhmədov: “Söhbət yüz, iki yüz manatdan getmir”
  11 May 2018    Oxunub:4799
“Söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasıbnın üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında deputat Vahid Əhmədov deyib.

O, bildirib ki, millət vəkillərinin maaşı məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib: “Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, bu məsələdə də ədalətsizliyə yol vermək olmaz. Eyni zamanda düşünürəm ki, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır və ola da bilməz. Necə olur ki, Hesablama Palatası Milli Məclisin qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil. Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vahid-Əhmədov   İclas   Komitə  





Xəbər lenti