“Heydər Əliyev Azərbaycanı AXC-nin taleyini yaşamağa qoymadı” - Ülvi Mehdiyev

“Heydər Əliyev Azərbaycanı AXC-nin taleyini yaşamağa qoymadı” - Ülvi Mehdiyev
  11 May 2018    Oxunub:2348
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə üç rəngli bayrağımız qəbul olundu və 23 ay yaşaya bildi. Amma bu estafeti Ulu Öndər Heydər Əliyev əsrin sonunda qəbul etdi və bayrağı bir daha enməmək şərtilə qaldırdı”
AzVision.az-ın məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.

Ü.Mehdiyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət yaşayıb: “Onun süqutunun iki əsas səbəbi vardı. Birincisi, cümhuriyyətin son dövrlərində yaşanan siyasi böhran, siyasi sabitsizlik ikincisi isə işğal faktoru idi. Bu iki əsas səbəbə görə dövlətimiz süqut etdi. Amma tale elə gətirdi ki, biz əsrin sonunda yenidən müstəqillik əldə etdik. 1991-1993-cü illər ərzində yeni yaranan dövlətimiz 23 ay yaşayan cümhuriyyətimizin taleyini yaşaya bilərdi. Lakin bu dəfə vəziyyət fərqli idi. Bəxtimiz onda gətirdi ki, böyük dövlətçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyev vardı. Məhz Ulu Öndər Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin taleyini yaşamağa qoymadı”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ülvi-Mehdiyev   ASAN-Xidmət  





Xəbər lenti