Muxtar Babayev AFFA-dakı vəzifəsindən getdi

Muxtar Babayev AFFA-dakı vəzifəsindən getdi
  11 May 2018    Oxunub:1341
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib.
AzVision.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında M.Babayevin istefası qəbul edilib.

Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.

Qeyd edək ki, Muxtar Babayev bundan əvvəl "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.

Xatırladaq ki, Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə təyin olunub.

AzVision.az




Teqlər: Muxtar-Babayev   AFFA  





Xəbər lenti