"4 ayda turistlərin sayı 13 faiz artıb" - Prezident

"4 ayda turistlərin sayı 13 faiz artıb" - Prezident
  11 May 2018    Oxunub:1979
"Ölkəmizdə turistlərin sayı artır. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin 4 ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıb"
AzVision.az xəbər verir ki, bunu “Dinamo” otelinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev otellə tanışlıqdan sonra kollektivlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, indi 90-dan çox ölkədən turistlər “ASAN viza” rejimindən istifadə edərək ölkəmizə gələ bilərlər.

"Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə dövlət agentliyi yaradılıb ki, bu agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaq. Eyni zamanda, bu otelin fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafını göstərir. Şəhərimizin gözəlliyi bu gün dünya birliyi tərəfindən tanınır. Ölkəmizdə keçirilmiş böyük tədbirlər, idman tədbirləri, bunların arasında, əlbəttə ki, “Formula 1” yarışının keçirilməsi Azərbaycana dünyanın diqqətini cəlb edir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi öz qapılarını dostların üzünə açır”, - ölkə başçısı deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti