Rusiya Suriyaya "S-300" kompleksləri verir? - Peskov açıqladı

Rusiya Suriyaya "S-300" kompleksləri verir? - Peskov açıqladı
  11 May 2018    Oxunub:1500
"Rusiya heç vaxt deməyib ki, Suriyaya "S-300" zenit-raket kompleksləri verəcək"

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“İndiyədək Suriyaya "S-300"-lər verəcəyimizi elan etməmişik. Amma ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya hava zərbələri endirməsindən sonra bildirilib ki, Rusiya vacib olan bütün vasitələrdən istifadə haqını özündə saxlayır.” – deyə Peskov vurğulayıb.

Peskov, həmçinin Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojinin “İzvestiya” qəzetinə müsahibəsində Suriyaya hava hücumundan müdafiə üzrə yeni müasir sistemlərin verilməsinin müzakirə olunmadığına dair fikirlərini şərh edib.

Onun sözlərinə görə, Kojinin bu sözlərini İsrailin baş naziri Benyamin Netanyahunun Rusiyaya səfəri ilə əlaqələndirmək düzgün deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Peskov   Suriya  





Xəbər lenti