İTV-nin yeni rəhbəri kimdir? - FOTO

İTV-nin yeni rəhbəri kimdir? - FOTO
  11 May 2018    Oxunub:16656
Xəbər verdiyimiz kimi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.
AzVision.az xəbər verir ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.Şuranın iclasında Balakişi Qasımov İTV-nin baş direktoru seçilib.

Balakişi Qasımov 1978-ci ildə Bakıda doğulub. Bakı şəhər 1 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisasına yiyələnib.



Balakişi Qasımov “Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az Prodüser Mərkəzinin rəhbəridir. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

Qeyd edək ki, Cəmil Quliyev ilk dəfə 2013-cü ildə, ikinci dəfə isə 2017-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. İTV baş direktorunun səlahiyyət müddəti 4 ildir.

AzVision.az


Teqlər: İTV   Balakişi-Qasımov  





Xəbər lenti