Yol tikintisinə 3,3 milyon manat ayrılıb

Yol tikintisinə 3,3 milyon manat ayrılıb
  11 May 2018    Oxunub:1682
Azərbaycan prezidenti İlham Əliyev Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Yol   Təmir  





Xəbər lenti