Muxtar Babayev Misir səfiri ilə görüşüb

Muxtar Babayev Misir səfiri ilə görüşüb
  11 May 2018    Oxunub:966
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim arasında tanışlıq görüşü keçirilib.
ETSN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.


AzVision.az


Teqlər: ETSN   Misir  





Xəbər lenti