Culfa gömrük məntəqəsi 24 saat işləyəcək

Culfa gömrük məntəqəsi 24 saat işləyəcək
  12 May 2018    Oxunub:5994
Culfa gömrük-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib.
AzVision.az Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin saytında yer alan məlumata istinadən bildirir ki, bununla bağlı razılıq 2017-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İran İslam Respublikasına rəsmi səfəri və Tehranda keçirdiyi yüksək səviyyəli görüşlər zamanı əldə olunub.

Qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı Culfa-Culfa sərhəd gömrük-buraxılış məntəqəsi mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın ŞərqiAzərbaycan Vilayətinin Gömrük İdarəsinin rəisi Əliəsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Tərəflər ağırtonnajlı yük maşınlarının gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında vətəndaşların çətinliklərlə üzləşmədən sərhəd gömrük buraxılış məntəqələrindən rahat gediş-gəlişlərinin təmin olunması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşdə qeyd olunub ki, 24 saatlıq iş rejiminə keçidlə bağlı növbəli işrejim itəşkil olunub, sərhəd gömrük buraxılış məntəqələrində fəaliyyət göstərən müvafiq strukturlar yeni iş rejiminə uyğunlaşdırılıb. Sutkalıq işrejiminə keçid Culfa-Culfa sərhəd gömrük-buraxılış məntəqəsindən istifadənin daha da yaxşılaşmasına, yüklərin fasiləsiz daşınmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaq.

AzVision.az


Teqlər: Naxçıvan   Gömrük   Culfa  





Xəbər lenti