"Sınıq Körpü"də əməliyyat keçirilib

"Sınıq Körpü"də əməliyyat keçirilib
  12 May 2018    Oxunub:1430
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin arxa buferinin altından üzərində "Star Light" yazısı olan, hər birində 25 ədəd olmaqla 6 qutu pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti