Rusiyadan Bakıya yeni metro qatarı gətirilib

Rusiyadan Bakıya yeni metro qatarı gətirilib
  12 May 2018    Oxunub:3858
Azərbaycanın Rusiyadan sifariş etdiyi ikinci qatar artıq Bakıya gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi qatarların sazlanma işlərindən sonra istifadəyə veriləcəyini deyib. Onun sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir.

"Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır",- deyə N.Paşayev qeyd edib.

AzVision.az


Teqlər: Metro   Qatar   Rusiya  





Xəbər lenti