Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib
  14 May 2018    Oxunub:2895
Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edilib.

Baş Prokurorluğun veb-saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib. Dəyişikliyə əsasən, Baş Prokurorluğun Mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib. Bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti