“Məleykəyə 1000 manat verməyə hazıram” - Ramiz Məlik

“Məleykəyə 1000 manat verməyə hazıram” - Ramiz Məlik
  14 May 2018    Oxunub:18124
Bu gün Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Məleykə Əsədova ilə həmkarı Ramiz Məlikin növbəti məhkəməsi baş tutub. Məhkəmənin qərarı ilə Ramiz Məlik həmkarına 1000 manat təzminat ödəməlidir.
Bu barədə AzVision.az-a Xalq artisti Ramiz Məlik özü məlumat verib. O bildirib ki, qarşı tərəfin mövqeyindən asılı olaraq Ali Məhkəməyə müraciət edə bilər. Aktyor məhkəmənin kəsdiyi 1000 manat cəriməni ödəməyə hazır olduğunu deyib.

“Mən 1000 manat ödəməklə yanaşı, onun valideynləri haqqında deyilənlərlə bağlı təkzib verməliyəm. Məhkəməni qərarı belə oldu. Ancaq bu, o demək deyil ki, aramızda hansısa barışıq oldu. Hesab göstərsin, pulu ora yerləşdirim".

R.Məlik qeyd edib ki, Məleykə Əsədova Apellyasiya Məhkəməsindən narazı olsa, Ali Məhkəməyə müraciət edə bilər: "O zaman mən də Ali Məhkəməyə müraciət edəcəyəm. Hələ iki ay vaxt var, qətnamə çıxandan sonra məsələ aydın olacaq”.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

Şahanə Rəhimli
AzVision.az<


Teqlər: Ramiz-Məlik   Məleykə-Əsədova  





Xəbər lenti