Səfirlikdən “Twitter”dəki qalmaqallı foto ilə bağlı AÇIQLAMA

Səfirlikdən “Twitter”dəki qalmaqallı foto ilə bağlı AÇIQLAMA
  14 May 2018    Oxunub:5202
“Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin “Twitter” hesabından paylaşılan xoşagəlməz foto spam və ya virus olub.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin III katibi Əli Qədirov deyib. O, qeyd edib ki, müzakirələrə səbəb olan fotonun sosial şəbəkə hesabında qəsdən paylaşılmasından söhbət gedə bilməz:
“Bir həftədir “Twitter” xəbərdarlıq edir ki, şifrələrinizi dəyişdirin. Hər şey ola bilər. Ola bilər ki, “Twitter” şifrəni harasa ötürüb, kimlərsə müdaxilə edə bilib. Hesab edirəm ki, problem buradan qaynaqlanıb. Bizim sosial şəbəkə səhifələrimiz başqa istiqamətdə iş aparır. Ona görə bu spam kimi qəbul oluna bilər. Müzakirə etməyə bir şey yoxdur. Artıq spam silinib, hesabın kodu dəyişdirilib. Bilinərəkdən edilən hərəkət deyil”.

Ə.Qədirov qeyd edib ki, səfirliyin “Twitter” hesabı 2 il öncə açılıb: “Bu müddət ərzində belə bir problem yaşanmayıb. Bizim hesabımız səfirliklər arasında atılan twittlərin sayına görə birinci yerdədir. Bu məsələlərə diqqətlə yanaşırıq. Digər məsələ ola bilməz”.

Qeyd edək ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin “Twitter” hesabından xoşagəlməz paylaşım edilib. Məlum paylaşım sosial şəbəkələrdə sərt tənqid olunub.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Səfirlik   Tvitter  





Xəbər lenti