“ASAN Viza” vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib

“ASAN Viza” vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib
  15 May 2018    Oxunub:2484
2017-ci ilin yanvarından indiyədək "ASAN Viza" vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib.
AzVision.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

"Bundan əvvəl də hava limanlarında vizaların verilməsi həyata keçirilib, lakin yeni sistemin fərqi ondadır ki, burada insan amili tamamilə aradan qaldırılıb. Əcnəbilər terminallara yaxınlaşaraq öz pasport məlumatlarını yükləməklə maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcəklər. Sistem şəffaf və avtomatikdir".

Ü.Mehdiyev qeyd edib ki, Azərbaycanın digər beynəlxalq hava limanlarında "ASAN Viza"nın verilməsi yaxın 1 ay ərzində təmin olunacaq.

Qeyd edək ki, 15 may 2018-ci il tarixindən etibarən "ASAN Viza" özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ASAN-Viza  





Xəbər lenti