“Ümid” körpüsündə dövlət bayraqları dəyişdirildi - FOTO

“Ümid” körpüsündə dövlət bayraqları dəyişdirildi - FOTO
  15 May 2018    Oxunub:5147
Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində keçiriləcək Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, mayın 10-da Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən bayraq təhvil verildikdən sonra bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

Mayın 13-də “Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.







Anar Kəlbiyev
AzVision.az



Teqlər: Ordu   Naxçıvan   Türkiyə  





Xəbər lenti