Azərbaycanda “Ana günü” təsis edilsin! - Təklif

  15 May 2018    Oxunub : 1382
Azərbaycanda “Ana günü” təsis edilsin! - Təklif
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında deputat Ağacan Abiyev Azərbaycanda “Ana günü”nün təsis edilməsini təklif edib.
AzVision.az-ın məlumatına görə, deputat deyib ki, hər şey anaya olan hörmətdən başlayır, ona görə də belə bir gün təsis edilməlidir.

Komitə sədri Aqiyə Naxçıvanlı isə bildirib ki, ziyalı ailələrdə belə günlər qeyd olunur: “Uşaqlar harada olursa, olsun, xüsusi günlərdə valideynlərin başına toplaşırlar. Belə ənənə var. “Ana günü”nün təsis edilməsi təklifi də maraqlıdır”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Ağacan-Abiyev