Həmsədrlər Paşinyanla görüşəcəklər - Paris bəyanatı

Həmsədrlər Paşinyanla görüşəcəklər - Paris bəyanatı
  15 May 2018    Oxunub:1426
ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüş barədə bəyanat yayıb.
AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk Qrupunun Həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Endrü Şöffer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə birgə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Nazir və həmsədrlər görüşdə sülh prosesinin irəli aparılması variantlarını müzakirə ediblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi görüş iştirakçılarına təmas xəttində nisbətən sabit olan vəziyyətdən danışıb.

Nazir Məmmədyarov Azərbaycanın fəal danışıqların mümkün qədər tez bərpa edilməsinə hazır olduğunu bildirib. Həmsədrlərin Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşü gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Həmsədr  





Xəbər lenti