Azərbaycan-İordaniya əlaqələri genişlənir
Y.əş-Şəvaribə ötən ilin may ayında paytaxtımızda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində Bakı şəhəri ilə tanışlığından məmnunluğunu ifadə edərək, ölkələrimiz və paytaxtlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir R.Rzayev Azərbaycan haqqında xoş sözlərə görə minnətdarlığını ifadə edib, iki ölkə arasında uğurlu dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin bu əlaqələrə müsbət təsirini vurğulayan səfir ikitərəfli münasibətlərin, o cümlədən turizm sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün mövcud olan imkanlar barədə məlumat verib və bu imkanlardan daha səmərəli istifadə edilməsini zəruri hesab edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu, işğal nəticəsində bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyü barədə qarşı tərəfə məlumat verilib, münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə görə təşəkkür ifadə edilib.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə məlumat verib. O, həmçinin ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətlə keçiriləcək təntənəli tədbirdə iştirakla bağlı dəvət məktubunu təqdim edib.
AzVision.az
Teqlər: Azərbaycan İordaniya Səfirlik