Rekordçu abituriyent: "700 bal toplayacağımı bilirdim"

  15 May 2018    Oxunub : 16692
Rekordçu abituriyent: "700 bal toplayacağımı bilirdim"
Dövlət İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyenlərdən biri Elvin Kərimlidir.

Bakı şəhəri 45 nömrəli məktəbin 11-ci sinif şagirdi olan Elvin Kərimli tarix fənni üzrə Respublika fənn olimpiadasında 3-cü yeri tutub.
Rekordçu abituriyent sevinc təəssüratlarını AzVision.az-la bölüşüb. O, 700 bal toplayacağına əmin olduğunu deyib.

"700 bal toplayacağımı bilirdim, amma yenə də həyacanlı idim. Xəbəri Respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimində aldım. Mənim üçün ikiqat sevinc oldu".

Elvin hansı universitetdə oxuyacağını hələ dəqiqləşdirməyib. Amma təhsilini hüquqşunaslıq ixtisası üzrə davam etdirmək istədiyini deyib.

O, bundan əlavə bir çox bilik yarışlarının qalibi olduğunu bildirib: "Sınaq imtahanlarından hər zaman yüksək bal toplamışam. Axırıncı sınaq imtahanında da 700 bal toplamışam".

Aytən Zəhra
AzVision.az

Teqlər: 700-Bal   Abituriyent