Naxçıvanda ilk informasiya agentliyi işə başladı

Naxçıvanda ilk informasiya agentliyi işə başladı
  16 May 2018    Oxunub:1407
Ötən gün Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, informasiya agentliyi Naxçıvan televiziyasının əməkdaşları tərəfindən lisenziyalı proqramlarla yığılıb, təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb.

Nuhcixan.az domenində yayımlanan saytın eyni zamanda mobil telefonlar üçün interfeysi də hazırlanıb. Saytın əsas bölməsində Naxçıvan Dövlət Televiziyasının və Naxçıvan Dövlət Radiosunun canlı yayım linkləri yerləşdirilib. İstifadəçilər “NTV-canlı” və “104 FM-canlı” səhifələrinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını və radiosunu internet üzərindən birbaşa izləyə bilirlər.

Saytda “Xəbər lenti”, “Rəsmi xronika”, “Siyasət”, “Aktual”, “Dünya”, “Cəmiyyət”, “İqtisadiyyat”, “Elm və təhsil” və “Multimedia” bölmələri yaradılıb. Saytda yerləşdirilən “Multimedia” bölməsi Naxçıvan televiziyanın öz istehsalı olan videomateriallarla daim zənginləşdiriləcək, Naxçıvanın turizm potensialını əks etdirən videoçarxların yerləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Əsas səhifədə yerləşdirilən “Xəbər lenti” üç dildə – Azərbaycan, ingilis və rus dillərində yayımlanacaq.

AzVision.az


Teqlər: Naxçıvan   Agentlik  





Xəbər lenti