Tərtərdə iki maşın toqquşub, ölən var

Tərtərdə iki maşın toqquşub, ölən var
  16 May 2018    Oxunub:1221
Tərtərdə yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 15-də saat 17 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən M.Əsədov orada ölüb. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti