“İndiyə kimi heç kim işdən azad edilməyib” - İnam Kərimov

“İndiyə kimi heç kim işdən azad edilməyib” - İnam Kərimov
  16 May 2018    Oxunub:4357
"Kənd Təsərrüfatı Nazirliyində indiyə kimi heç kim işdən azad edilməyib. Ancaq rotasiya qaydasında yerdəyişmələr olub. Bu formada da davam edəcək".

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
"Bizim leksikonumuzda, düşüncəmizdə müasir düşüncəli kadr sözü var. Bu kadr həm gənc, həm yaşlı ola bilər. Ona görə də xüsusi olaraq "gənc kadr" sözü üzərində dayanmırıq. Yalnız innovativ və müasir düşünən kadrlara üstünlük verilir. Kənd təsərrüfatı sistemində kifayəq qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlarımız var. Bu davam edən prosesdir", - deyə nazir qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İnam-Kərimov   Nazir  





Xəbər lenti