700 bal toplayan 7 rekordçu - FOTOLAR

700 bal toplayan 7 rekordçu - FOTOLAR
  16 May 2018    Oxunub:50922
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib.
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

AzVision.az 700 bal toplayan abituriyentlərin tam siyahısını təqdim edir:

Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdi Jalə Rəcəbova - II ixtisas qrupu



Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadə - II ixtisas qrupu



Bakı şəhəri 89 saylı orta məktəbin şagirdi Şayxanım Həsənova - III ixtisas qrupu



Bakı şəhəri 45 nömrəli məktəbin şagirdi Elvin Kərimli - III ixtisas qrupu



Bakı şəhəri 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova - III ixtisas qrupu



Bakı şəhəri Nəsimi rayonu Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə - III ixtisas qrupu



Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdi Xəyyam Sultanlı - III ixtisas qrupu



Aytən Zəhra
AzVision.az


Teqlər: 700-Bal   Abituriyent  





Xəbər lenti