Yavər Camalov belaruslu generalla görüşüb

  16 May 2018    Oxunub : 243
Yavər Camalov belaruslu generalla görüşüb
Mayın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Y. Camalov O. Dviqalyovu Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinə sədr təyin olunması münasibətilə təbrik edib və nazirliyin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib..

Görüşdə Azərbaycan ilə Belarus arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az

Teqlər: MSN   Belarus